“Crocus”dakı teraktda şübhəli bilinən Kasımovun “Çayxana”sı bağlandı

“Crocus”dakı teraktda şübhəli bilinən Kasımovun “Çayxana”sı bağlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Crocus City Hall” konsert zalında törədilən terror aktı ilə bağlı təqsirləndirilən şəxslərdən Alişer Kasımova məxsus olduğu iddia edilən Putilkovskoe şossesində yerləşən “Çayxana” kafesi fəaliyyətini dayandırıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Qeyd olunub ki, müəssisənin bütün qapıları bağlıdır. Kafenin iş saatları ilə bağlı heç bir xəbərdarlıq nişanı yoxdur. Yaxınlıqdakı hamam da bağlanıb.

Obyetin qapısına yapışdırılmış vərəqdə hamamın bu gün işləmədiyi yazılıb.

Lakin xəbərdarlıq əl ilə yazılıb və tarix göstərilməyib.

Yaxınlıqdakı kafe, mağaza və təkər təmiri sexinin əməkdaşları “RİA Novost”nin müxbiri ilə söhbətində “Çayxana”nın sahibini tanımadıqlarını, işçilərin əksəriyyətinin müəssisənin xidmətlərindən istifadə etmədiyini bildiriblər.

Xatırladaq ki, martın 22-də Krasnoqorskda “Crocus City Hall” konsert zalında terror aktı baş verib. Əlisilahlı dörd nəfər konsertə gələnlərə atəş açıb, partlayış törədib, daha sonra kompleksdə yanğın başlayıb. Terrorçular həbs olunublar.