Tovuz rayonunda kütləvi zəhərlənmə hadisəsinin təfərrüatı məlum olub.
Tribunainfo.az bildirir ki, Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə 21 nəfər dönərdən zəhərlənmə şübhəsi ilə müraciət edib.
Müraciət edənlər arasında 2 və 3 yaşlı uşaqlar da var. Zəhərlənənlərin sözlərinə görə, hadisə Qovlar şəhəri, Vağzal küçəsində yerləşən “Köz dönər” adlı iaşə obyektində baş verib:
“Axşam saat 8 radələrində toyuq dönəri yedik. Bir neçə saat sonra vəziyyətimiz ağırlaşdı, ürəkbulanma başladı və təcili tibbi yardıma müraciət etdik”.
Məlumata görə, aidiyyəti qurumlar tərəfindən həmin obyektin fəaliyyəti dayandırılıb.
Bakıvaxtı.az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir: