Çox işləyən insanlar tez tükənir- Psixoloqlar

Çox işləyən insanlar tez tükənir- Psixoloqlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İşgüzarlıq sinir yorğunluğuna və depressiyaya səbəb ola bilər.
TİA.AZ xəbər verir ki, bu barədə rusiyalı nevropsixoloq və psixoterapevt Natalya Naumova danışıb.
O, işdə həddindən artıq çalışqanlığın insanın emosional vəziyyətini pozduğunu bildirib.
“İnsan var gücü ilə işlədikdə, emosional tükənmə baş verir, daimi həddən artıq iş əsəb və tükənməyə olur. İşgüzar insan işdə uğursuzluqları çox ürəyinə salır və bütün uğurlarına isə çox sevinir”, – Naumova bildirib.
Mütəxəssis qeyd edib ki, böyük miqdarda iş yükü sinir sistemini həddindən artıq həyəcan vəziyyətinə gətirir və bu, gücün tükənməsinə səbəb olur.
Bu, disbalans əsəbilik və depressiya formasında özünü göstərə bilər. Fiziki vəziyyətə gəldikdə isə işgüzarlıq qan təzyiqinin pozulmasına, ürək-damar xəstəliklərinə və digər problemlərə səbəb ola bilər. /publika.az/