Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) idarə rəisi olmuş Akif Çovdarovun oğlu Ruslan Çovdarovun ölkədən çıxışına “stop” qoyulub.
Tribunainfo.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, bu qərarı Bakı Kommersiya Məhkəməsi Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin tələbi əsasında qəbul edib.
Qeyd edək ki, “RANT GROUP” MMC-ni ötən il qeydiyyatdan keçirilib. Şirkətin qanuni təmsilçisi Ruslan Çovdarovdur.