Uşaqlarda diqqət pozğunluğu, əqli gerilik, hiperaktivlik, diabet, beyin dumanlanması, Alsgeymer, xərçəng, immunitetin düşməsi, depressiya, mədə-bağırsaq problemləri, qarında qaz, sonsuzluq, autism… Bütün bunları qlüten yaradır. Qlüten isə indiki ağ undadır.
Bunları məşhur türk həkim Canan Karatay çörək yeməyin fəsadlarını saymaqla bitmədi.
“Hər növ taxılda qlüten var. Ona görə deyirəm, çörək yeməyin. Qlüten beyinə getdiyi zaman beyində morfin asılığı yaradır, beyinin inkişafının qarşısını alır.
İnsanın düşünməsini əngəlləyir. Bir sözlə, insanı qoyuna çevirir. Qoyun güdülən, idarə olunan heyvandır. Düşünmə qabiliyyəti olmaz. Yeyib gəzər”.
///Bakupost.az