ÇÖRƏK YEMƏDƏN DİETA SAXLAYANLARIN NƏZƏRİNƏ…

ÇÖRƏK YEMƏDƏN DİETA SAXLAYANLARIN NƏZƏRİNƏ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Arıqlamaq istəyənlər, pəhriz saxlayanlar adətən ilk olaraq çörəkdən imtina edirlər. Hətta çəkilərini qaydasında saxlamaq istəyənlər də olur ki, çörəyi əhəmiyyətli dərəcədə azaldır. Bu ilk mərhələdə arıqlamağa kömək etsə də, orqanizmə olduqca zərər vurur.

Tribunainfo.az yazır ki, bağırsaqlar zərərli mikroblara qarşı mübarizə aparmaq üçün lifə ehtiyac duyur. Ehtiyac olan lif miqdarı hər nə qədər bəzi qidalar tərəfindən qarşılansa da, çörək lif miqdarını artıran ən vacib yeyinti məhsuludur. Karbohidrat maddəsi bədənin ehtiyacı olan enerjini bərpa edir.
Bir həftə çörək yemədiyimizdə bədənin ehtiyacı olan karbohidrat miqdarı azalır. Eyni zamanda karbohidratsızlıqdan deformasiyaya uğrayan sinir sistemi, yorğunluq, stress və əsəbilik halı kimi sağlıq problemlərinə səbəb olur.

Çörək bədənin eyni zamanda şəkər miqdarını stabil saxlayır. Şəkər miqdarı düşən insan şəkər koması yaşayır. Aşırı miqdarda şirniyyat növü yemək isə zamanla tarazılıqsız çəki artımına səbəb olur. Çörək insanı uzun zaman tox saxladığından bədən gün ərzində başqa qidaları qəbul etməyə ehtiyac hiss etməz. Ancaq çörək yeyilmədiyində insan hər qidanı qəbul etmək istəyir. Bu isə artıq çəki deməkdir və bəzi insanlarda qəbizlik, mədə bulanması, mədə ağrıları, şişginlik kimi bir çox narahatlıqlara səbəb olur.