Çörək, şirniyyat və şokalad sektoru üçün qida xammalı idxalçısı və istehsalçısı olan “Besting” MMC şirkəti ilə bağlı cərimə protokolu imzalanıb. Şirkətin gömrük qaydalarını kobud şəkildə pozduğu məlum olub.
Tribunainfo.az xəbər verir ki, “Besting” MMC İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə, fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
“Besting” MMC ilə bağlı iş baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib. 14 yanvar tarixində hakim Rəşad Cavadzadənin sədrliyi ilə işə baxılacaq.
Xatırladaq ki, “Besting” MMC 2018-ci ildə Azərbaycanda qurulmuş qənnadı və çörək sektoru üçün qida xammalları istehsalı ilə məşğul olan şirkətdir.
Qarşı tərəfi dinləməyə hazırıq.
Nigar