İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin məlumatına görə, yanvarın 30-dan etibarən ölkədə 50 kiloqramlıq unun son topdansatış qiymətləri 20-28 manat arasında dəyişir.
Azərbaycanda yerli buğda istehsalı illik 1.2-1.3 milyon ton təşkil edir. Bu da ölkənin tələbatını ödəmir.
Bu da o deməkdir ki, ölkədə unun qiymətində dəyişiklik yoxdur.
Bəs çörəyin qiymətində süni artım nəyə əsaslanır?
Bu barədə Tribunainfo.az-a açıqlama verən iqtisadcı Günay Hüseynova bildirib ki, çörək bol olarsa basılmaz Vətən deyiblər.. Çörək də boldur, un da. Lakin sosial şəbəkələrdə son günlərdə qiymət artımı müzakirə olunur. Çörək istehsalı ilə məşğul olan müəssisələr isə ictimaiyyətə müxtəlif formada açıqlama verirlər. Çörək istehsalı ilə məşğul olan firmalardan biri qeyd edib ki, qramı az olanda çörək tez quruyur, bunun üçün də qramı artırıb qiyməti də bunun üçün qaldırdırdıq.
İqtisadçının sözlərinə görə, bu tamamilə absurd, əsassız fikirdir. Məgər indi məlum oldu ki, qramı az olanda çörək quruyur? Çörəyin qramını və qiymətini artırmaq 2-ci çeşid olaraq satışa çıxarıla bilər. İstehlakçı öz seçimini edib alar. 3 aydır ki, unun qiyməti qalxmır. Unun bir kisəsi (50 kq) ən ucuz 26 manat təşkil edir. Unun, yanacağın qiyməti qalxmadı.
“Statistik məlumatlara əsasən: 3.249.019 ton buğda ehtiyatımız var. İlin əvvəlinə qalıb 281.259 ton, istehsal 1.792,419 ton, idxal 1.175.341 ton, itkilər 17.094 ton təşkil edib. Eyni zamanda 1.773,226 ton un ehtiyatımız olub. Onun 1.328,076 tonunu yerli istehsal,153.150 tonu idxal olub. Əhalinin şəxsi istehlak fondu 435.262 ton, qida məhsullarının istehsalı üçün 1.012,645 ton təşkil edib”.
Dəniz