Dünəndən İranda çörəyin qiyməti 20 min tümənə (45 qəpik) qalxıb.
Tribunainfo.az xəbər verir ki, bu, birdən birə 30 faiz bahalaşma deməkdir.
Sosial şəbəkələrin İran seqmentində isə bu bahalaşmaya etiraz olaraq çağırışlar artmağa başlayıb. Belə ki, əksəriyyət bahalaşmaya etiraz olaraq aksiyalara start verilməsini təklif edirlər.
Ölkədəki Çörəkçilər İttifaqı isə bəyanat yayaraq, bahalaşmanın onlardan qaynaqlanmadığını bildiriblər. İttifaqın açıqlamasında deyilir ki, İran hökuməti mart ayından etibarən un və un məhsullarının alınması üçün ayırdığı dotasiyanı ləğv edib. “Bu da unun bahalaşmasına, nəticədə çörəyin maya dəyərinin artmasına səbəb olub”.
Fərda Uğur