Çörçillin dünya müharibəsi zamanı istifadə etdiyi diş protezləri satışa çıxarılırbackend

Çörçillin dünya müharibəsi zamanı istifadə etdiyi diş protezləri satışa çıxarılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Böyük Britaniyanın baş naziri Uinston Çörçilin diş protezləri hərraca çıxarılır. Bu protezlər II Dünya müharibəsi zamanı “Biz çimərliklərdə döyüşəcəyik” nitqini söyləyərkən ağzında olub.
Tribunainfo.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
“Çörçillin diş protezləri bəlkə də indiyə qədər satdığımız ən qeyri-adi əşyalar arasındadır”, deyə “The Cotswold Auction Company”nin rəhbəri Liz Pul bildirib. Hərrac fevralın 6-da Çeltenhemdə keçiriləcək.

Uinston Çörçill demək olar ki, bütün həyatı boyu diş problemi yaşayıb. Gəncliyində bir neçə dişini itirib. Baş nazirin yanında həmişə diş protezlərinin ehtiyat dəstləri olub. Protezlər onun təbii diksiyasını nəzərə alaraq yaradılıblar. Mütəxəssislər qızıl çərçivəli protezin qiymətinin 5-8 min funt-sterlinq arasında olduğunu təxmin edirlər. 2010-cu ildə Norfolkda keçirilən hərracda dişlər 15,2 min funta satılıb.
Baş nazir diş protezləri ilə dəfn edilib. Digər ehtiyat dəst London Kral Cərrahlar Kollecinin muzeyinə verilib. Muzeydəki protezin üstündəki yazıda deyilir ki, “yaxşı oturan diş protezi baş nazir üçün ən vacib fiziki və psixoloji dəstək olub”.
Baş nazirin II Dünya müharibəsinin bitdiyini bildirdiyi mikrofon da fevralın 6-da satışa çıxarılacaq. Onun ilkin qiyməti 5-8 min funt arasında dəyişir.