Coratda qadın 3 aydır ailə qurduğu yoldaşını amansızlıqla ÖLDÜRÜB… VİDEO

Coratda qadın 3 aydır ailə qurduğu yoldaşını amansızlıqla ÖLDÜRÜB… VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda 36 yaşlı kişi qətlə yetirilib.

Xezerxeber.az xəbər verir ki, üç ayın gəlini həyat yoldaşını amansızlıqla qətlə yetirməkdə şübhəli bilinir.

Suqmayıt şəhər Prokurorluğundan verilən məlumata görə, Corat qəsəbə sakini 1987-ci il təvəllüdlü Ağahüseyn İmanovun öldürülməsi barədə quruma məlumat daxil olub. Aparılmış araşdırmalarla 1989-cu il təvəllüdlü Əfsanə Məmmədovanın yaşadıqları evdə bıçaqla əri Ağahüseyn İmanova xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Qonşuların sözlərinə görə, mərhum bir müddət öncə həbsdən çıxıbmış və indiyədək ailələrində söz-söhbət olmayıb. Ağahüseyn İmanovun Sumqayıtdakı restoranların birində kababçı işlədiyi bildirilir.

Faktla bağlı görə Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi başlanıb. Hadisəni törətməkdə şübhəli bilinən Əfsanə Məmmədova könüllü polisə təslim olub.

Tribunainfo.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: