“COP29 zamanı portal və qida satış nöqtələrində, restoran-kafelərdə qidalanma ödənişli şəkildə həyata keçiriləcək”.
Tribunainfo.az xəbər verir ki, bunu COP29 üzrə Keyterinq, Təmizlik və Tullantıların Təmizlənməsi Dempartmentinin şöbə müdiri Anar Zeynalov jurnalistlərə açıqlamasında deyib.
A.Zeynalov qeyd edib ki, yalnız COP29 Azərbaycan Əməliyyat Şirkətinin əməkdaşları və könüllülər pulsuz qida ilə təmin olunacaqlar.
“Qida təhlükəsizliyi baxımından kənardan qida gətirilməsi arzuolunan deyil. Həm xarici, həm də yerli media nümayəndələri qida satış nöqtələrindən müəyyən ödəniş edərək qida əldə edə bilərlər”, – deyə o qeyd edib.