COP29 davam edəcək – Yalçın Rəfiyev səbəbi AÇIQLADIbackend

COP29 davam edəcək – Yalçın Rəfiyev səbəbi AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) sabah da davam edəcək.

Tribunainfo.az xəbər verir ki, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev bununla bağlı jurnalistlərə açıqlama verib.

Y.Rəfiyev bildirib ki, COP29 Sədrliyi hələ öz həllini tapmayan məsələlərə yekun düzəlişlər etmək üçün tərəflərlə işləməyə davam edəcək.

“Biz hələ də həll olunmamış məsələlərə son düzəlişlər etmək üçün tərəflərlə işləməyə davam edəcəyik. Bütün tərəfləri hədəfə çatmağa təşviq edərək bu konfransın nəticəsinin mümkün qədər iddialı olmasını təmin etməyə çalışacağıq. Sədrliyin fikrincə, 250 milyard ABŞ dolları məbləğində illik maliyyələşmə ədalətli və iddialı məqsədə uyğun deyil, lakin tərəflərlə qarşılıqlı fəaliyyət davam etdiriləcək. Biz bu məsələ ilə bağlı məsləhətləşmələri davam etdirir və irəliləyiş əldə olunacağına ümid edirik. Tərəflər məbləği hələ nəzərdən keçirəcəklər və yekun razılaşma əldə edildikdən sonra şərh verə biləcəyik”, – deyə Y.Rəfiyev bildirib.