COP29-dan sonra evlərin qiyməti bahalaşacaq? – AÇIQLAMA

COP29-dan sonra evlərin qiyməti bahalaşacaq? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar COP29-la bağlı bəzi fikirlər səsləndirilir ki, bu böyük tədbirdən sonra evlərin qiyməti bahalaşacaq.
COP29 zamanı 70-80 min xarici qonaq ölkəmizdə olacaq. Həmin turistlərin axını daşınmaz əmlak bazarına necə təsir edəcək? Qiymət artımı gözlənilirmi?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən daşınmaz əmlak eksperti Ramil Osmanlı bildirdi ki, Cop29-un daşınmaz əmlak bazarına təsiri ilə bağlı onu söyləmək olar ki, bu tədbir qısamüddətli dövrü əhatə edən bir tədbirdir.

Ekspertin sözlərinə görə, “bu tədbirdə ölkəmizə gələn turistlər qısa müddətdə qalmaq üçün, yəni turist kimi bura gəlirlər. Bu yalnız qısa müddətdə gündəlik kirayə məqsədləri üçün verilən evlərin qiymətinə təsir görstərə bilər.

Daşınmaz əmlakın satış qiymətlərinə bunun təsiri hesab edirəm ki, mövcud olmayacaq.

Ümumilikdə düşüncəm ondan ibarətdir ki, COP29 tədbirinin Azərbaycan daşınmaz əmlak bazarında əməliyyatların sayına təsiri barədə deyilən fikirlər, irəli sürülən mülahizələr doğru yanaşma deyil. Bu sadəcə spekulyativ, ola bilsin hansısa mərhələyə və dövrə hesablanmış bir addımdır”.