COP29-da diqqət çəkən məqamlardan birisi də texniki-texnoloji təminatın yüksək səviyyədə olması idi. Cavabdeh qurum olaraq XRİTDX, cavabdeh İT şirkət olaraq Cyberpoint, ETSN İT komandası böyük əmək sərf edərək dayanıqlı və keyfiyyətli iş ortaya qoya bildilər. Tədbir çərçivəsində xeyli, yüzlərlə, minlərlə kompüterlərdən, noutbuklardan, server avadanlıqlarından, monitorlardan video-müşahidə sistemlərindən və s texnologiyalardan istifadə edilib. İndi görəsən onların taleyi necə olacaq ? Onlardan necə effektiv istifadə olunacaq?
Tribunainfo.az xəbər verir ki, Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz bildirib ki, COP29-da istifadə edilən texniki avadanlıqların sonrakı aqibəti, necə istifadə ediləcəsi maraq doğurur:
“Bundan öncə ölkədə təşkil olunan böyük tədbirlərdə, İlk Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında və s. texniki-texnoloji təminata cavabdeh şirkətin (Eurodesign) istifadə etdiyi noutbukların, avadanlıqların mağazalarda və əllərdə dəyər-dəyməzinə satılmasının şahidi olmuşduq. Ümid edirəm, COP29-da istifadə olunan texnologiyalardan gələcəkdə effektiv istifadə olunacaq. Bu məsələni COP29 təşkilatçılarından sorğulamaq faydalı olardı”.
Nigar