COP29-da ilk dəfə olaraq Su üzrə İqlim Fəaliyyəti Bəyannaməsi qəbul edilib

COP29-da ilk dəfə olaraq Su üzrə İqlim Fəaliyyəti Bəyannaməsi qəbul edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

COP29 çərçivəsində ilk dəfə olaraq Su üzrə İqlim Fəaliyyəti Bəyannaməsi qəbul edilib.

Tribunainfo.az xəbər verir ki, bəyannaməni COP29 prezidenti Muxtar Babayev və Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının icraçı direktoru İnger Andersen imzalayıb.

Qeyd edək ki, “Bakı Su Dialoqu” platforması iqlim dəyişikliyi, biomüxtəlifliyin azalması, çirklənmə və səhralaşma ilə mübarizədə qlobal əməkdaşlığı genişləndirmək məqsədi daşıyır. Qəbul edilən Su Bəyannaməsi bu istiqamətdə yeni tərəfdaşlıqların qurulmasına və siyasət tədbirlərinin gücləndirilməsinə töhfə verəcək.