COP29-da ekoloji problemləri  həllinə hansı ölkə nə qədər xərcləyəcək?backend

COP29-da ekoloji problemləri həllinə hansı ölkə nə qədər xərcləyəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün dünyadakı əsas ekoloji problemləri inkişaf etmiş ölkələr yaradıb. Ona görə də elə inkişaf etmiş ölkələr problemin həlli üçün daha çox öhdəlik götürməlidir, daha çox yatırım etməlidir. Yəni burada bir diferensiallaşma olmalıdır. Az ziyan vurmusansa problemin həllinə də az resurs ayıracaqsan, çox ziyan vurmusansa çox da pul qoymalısan ortaya.
BMT-nin ötən illərdə bu tip müzakirələrində qərarlar olub ki, inkişaf etmiş ölkələr hər il 100 milyarddan çox vəsaiti bu problemin həllinə yönəltməlidir.
Bu məqsədlə COP28-də BMT-nin İtki və Zərərə Cavab Fondu da yaradılıb. Lakin problemin həlli, iqlim dəyişikliyi ilə yaranan mənfi təsirlərin neytarllaşdırılması və adaptasiya üçün tələbatın daha çox, trilyon dollarla olduğu bildirilir.

Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz çıxış edib. O bildirib ki, qlobal dünyanı düşündürən suallar da var:

“İndi COP29-dan gözlənti odur ki, problemin həlli üçün ölkələr məhz bu Fonda nə qədər vəsaitlər köçürəcəklərini bildirəcəklər? Ölkələr fəsadların aradan qaldırılması, zərərli qazların məhdudlaşdırılması üçün hansı mexanizmlər təqdim edəcəklər, bu dataya nəzarət üçün şəffaf mexanizmlər olacaqmı, cəmiyyət buna nəzarət edə biləcəkmi?

Yaşıl iqtisadiyyat üçün, rəqəmsal transformasiyalar üçün nə qədər vəsaitlər ayrılacaq?
Problemin həlli üçün COP29 ədalətli mexanizmlər tapacaqmı, yeni maliyyə mənbələri tapacaqmı?

İqlim dəyişikliyindən zərər çəkən kasıb ölkələrin adaptasiyası necə olacaq, onlara hansı köməkliklər olunacaq?

COP29 qarşıya qoyulan vəzifəni yerinə yetirə biləcəkmi?”.

O.Gündüz bildirib ki, COP29 iqlim dəyişiklikləri ilə bağlı qlobal problemin daha da ciddiləşdiyi bir ərəfədə keçirilir:

“Azərbaycan iqlim dəyişiklikləri ilə bağlı problemin həllinə töhfə vermək üçün maraqlı tərəflərin iştirakı üçün hər bir şərait yaradaraq, böyük resurslar ayıraraq BMT standartlarına cavab verən növbəti COP29 müzakirələrini təşkil edib.
Yəni baxmayaraq ki, Azərbaycan iqtisadiyyatı əsasən neft-qaz infrasturkturuna söykənib, bununla belə ölkəmiz qeyd olunan qlobal problemin üzərinə gedərək, onun həlli üçün töhfə verməkdən çəkinmir, 70 minlik də bir müzakirə platfroması yaradır.

Əlbəttə şərait yaratmaq, müzakirə üçün platforma təqdim etmək yuxarıda qeyd olunan problemin həlli demək deyil.

Hələlik görünən odur ki, problemi yaradan ölkələr onun həllində elə də aktiv görsənmirlər.
Min cür bəhanələrlə müzakirələrə qatılmaq istəmirlər. Belə bir problemin həlli üçün müzakirələrə qatılmaqla bağlı bəzi ölkələrin qısqanclıq səviyyəsində hərəkətləri isə ümumiyyətlə anlaşılmazdır və izahı yoxdur.

Düşünürəm ki, COP29-un problemin həlli istiqamətindəki uğuru məhz ölkələrin yuxarıda qeyd olunan suallara verdiyi cavablardan, dünyadakı indiki mürəkkəb şəraitdə ölkələrin bu problemin həllinə nə qədər resurslar ayırmasınadan daha çox asılı olacaq”.

Nigar