“Noyabra qədər Azərbaycanla Ermənistan arasında çərçivə sülh sazişinin imzalanması real görünmür. Vaxt etibarilə də bu, mümkün deyil”.
Bunu Bakupost.az -a politoloq Cümşüd Nuriyev bildirib.
O qeyd edib ki, avqust ayında Ermənistan referendum elan edib, oktyabrda dəyişikliyə getsə, o zaman bəlkə də çərçivə sülh sazişinin imzalanmasıma real yanaşmaq olar:
“Əks təqdirdə Azərbaycanın sülh sazişinə getməsi problemləri gələcəyə saxlamaq kimi dəyərləndirilə bilər”.
Azərbaycanla Ermənistan arasında çərçivə sülh sazişinin imzalanması baş tutmasa, yeni hərbi qarşıdurmanın olacağı ehtimalına gəlincə, politoloq vurğulayıb ki, bu, mümkün deyil:
“Ermənistan yenidən Azərbaycanla müharibə riskini gözə ala bilməz”.