“Conco” QSC ilə İqtisadiyyat Nazirliyi məhkəmə çəkişməsində

“Conco” QSC ilə İqtisadiyyat Nazirliyi məhkəmə çəkişməsində

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tikinti sahəsində fəaliyyət göstərən “Conco” QSC ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi arasında məhkəmə çəkişməsi davam edir.

Tribunainfo.az xəbər verir ki, prosesdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh qismində çıxış edir. Ərizə ilə məhkəməyə müraciət edən tərəf isə “Conco” QSC-dir. İşin növü müvəqqəti xarakterli müdafiə tədbiri barədədir.

İşə 20 dekabr tarixində Bakı İnzibati Məhkəməsində baxılacaq. İş hakim Bəhlul Cəlalovun icraatındadır.

Qeyd edək ki, “Conco” QSC əvvəl MMC formasında Azərbaycan tikinti sektorunda 2015-ci ilin mart ayından öz fəaliyyətinə başlayıb. Şirkətin nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi İlham Şixseyidovdur. “Conco” şirkəti Azərbaycanda dövlət tenderlərindən böyük vəsaitlər əldə edən şirkət olaraq tanınır.

Tərəfləri dinləməyə hazırıq.

Gülşən