Con Bolton: “Məqsədimiz Venesuelada hakimiyyətin dinc yolla ötürülməsidir”

Con Bolton: “Məqsədimiz Venesuelada hakimiyyətin dinc yolla ötürülməsidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Venesuelaya dair hər hansı variantı istisna etməsə də, hazırkı vəziyyətdə hərbi əməliyyat barədə söhbət getmir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton bildirib.

Venesuelada ABŞ, habelə Kolumbiya və Braziliya tərəfindən hərbi əməliyyata başlanılmasının labüd olub-olmaması barədə suala cavabında “yox” deyən Ağ Ev rəsmisi bununla belə, Prezident Donald Trampın vurğuladığı kimi, hər cür variantın mümkün olduğunu qeyd edib.

“Lakin məqsədimiz hakimiyyətin dinc yolla ötürülməsidir”, – deyən müşavir məhz bu məqsədlə də Venesuelaya dair iqtisadi sanksiyaların tətbiq olunduğunu, siyasi təzyiqlərin artırıldığını dilə gətirib.