backend

Cocuq Mərcanlı canlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi rayon mərkəzindən 35 km cənub-şərqdə, Araz çayına yaxın düzənlikdə yerləşir.  

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi rayon mərkəzindən 35 km cənub-şərqdə, Araz çayına yaxın düzənlikdə yerləşir. 

Kənd 23 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri yüksəklikləri ələ keçirməsi nəticəsində hədəfə çevrilib. 2016-cı il aprel ayının 2-nə keçən gecə Milli Ordumuzun əks hücumu nəticəsində Cəbrayıl və Füzuli rayonu istiqamətində geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələ təpə yüksəkliyü azad edilib və bununla da Cocuq Mərcanlı kəndinin ərazisi Azərbaycan ordusunun nəzarətinə keçib.

Kəndin ümumi sahəsi 1605 hektar, kənd təsərrüfatına yararlı sahəsi 1134 hektardır. Hazırda kənd ərazisinin 726 hektarı Azərbaycanın nəzarətindədir. İşğala qədər kənddə təsərrüfat başına uçot kitabı üzrə rəsmi qeydə alınmış 1075 nəfər əhali, 283 ev təsərrüfatı olub. Kəndin ərazisində orta məktəb, klub, kitabxana, fledşer-mama məntəqəsi, poçt, icra nümayəndəliyi, un dəyirmanı, kolxozun inzibati binası, qaramal və qoyunçuluq fermaları, anbar binası mövcud idi. Kəndin əhalisi əsasən üzümçülük, taxılçılıq, heyvandarlıq və baramaçılıqla məşğul olub. Kənddə mövcud olmuş evlər, inzibati binalar və infrastrukturlar tamamilə dağıdılıb.

01.01.2016-cı il tarixinə olan statistik məlumata görə, təsərrüfat başına uçot kitabında 395 ev təsərrüfatı və 1428 nəfər əhali daimi qeydiyyatdadır. Hazırki vəziyyətdə Cocuq Mərcanlı kəndindən olan ailələr respublikanın 17 şəhər və rayonunda məskunlaşıblar. 

Kənddə artıq layihələndirmə işlərinə start verilib. Ən yaxın müddətdə kənddə 50 evin tikilib istifadəyə verilməsi nəzərdə tutulur.