“Azərbaycan Koka-Kola Bottlers Limited” (“Coca Cola”) MMC “Asena” MMC-ni məhkəməyə verib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə MMC Bakı Kommersiya Məhkəməsinə üz tutub.
Belə ki, “Coca Cola” alqı-satqı müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.
İddia hakim Emin Əliyevin sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.