backend

Co Bayden qəzaya düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın vitse-prezidenti Co Baydenin avtomobil karvanı qəzaya düşüb. 

ABŞ-ın vitse-prezidenti Co Baydenin avtomobil karvanı qəzaya düşüb.

TİA.AZ “ABC News” telekanalına istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 08:30-da Uilminqton şəhərində (Delaver ştatı) baş verib.

Məlumata görə, kortejdə olan nəqliyyat vasitələrindən biri idarəetməni itirərək 3 avtomobilə çırpılıb, nəticəsində 1 nəfər xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Qəza zamanı vitse-prezident Co Baydenə zərər dəyməyib.