ABŞ-ın vitse-prezidenti 74 yaşlı Co Bayden 2020-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini bəyan edib.
ABŞ-ın vitse-prezidenti 74 yaşlı Co Bayden 2020-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini bəyan edib.
TİA.AZ xəbər verir ki, bu barədə vitse-prezident jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Bayden bunun zarafat olub-olmaması haqda sualı belə cavablandırıb: “Heç nə barədə zəmanət verə bilmərəm. Uzun müddət əvvəl öyrəndim ki, taleyin məsələlərə müdaxilə etmək barədə qeyri-adi yolları var”.
Qeyd edək ki, 1988 və 2008-ci illərdə Demokratlar partiyasından prezident seçkilərinə qatılmaq istəsə də, buna müvəffəq ola bilməmişdi.