“ABŞ prezidenti Donald Trampın Ukraynadakı müharibə ilə bağlı qəribə və soyuqqanlı dili onun rusiyayönlü mövqe tutduğunu göstərir”.
Tribunainfo.az xəbər verir ki, bu fikirlər CNN-in dərc etdiyi məqalədəndir.
Telekanalın məqaləsində vurğulanır ki, Trampın açıqlaması ABŞ-ın sülhün əldə edilməsində qərəzsiz vasitəçi olduğuna dair bütün ümidləri məhv edir..
ABŞ-ın Ukraynadakı keçmiş səfiri Con Herbst isə bildirib ki, Tramp daha çox rusların dilində danışır. “Zelenski həqiqəti söyləməyə cəsarət edəndə, Tramp həqiqətən də onu tənqid edir. Putin mülki insanları ballistik raketlərlə öldürəndə, sadəcə, onu düzəldir”.
Fərda Uğur