İordaniyadakı ABŞ hərbi bazasına pilotsuz təyyarə hücumuna Ağ Evin cavabı İraq və Suriyada əvvəlki cavab hücumlarından daha güclü ola bilər.
Tribunainfo.az xəbər verir ki, CNN-ə istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi və Ağ Ev öz planlarını gizli saxlamağa çalışır.
Telekanal ABŞ prezidenti Co Baydenin İordaniyadakı bazaya hücumlardan sonra “artan təzyiq” altında olduğunu açıqlayır. CNN-in məlumatına görə, bəzi respublikaçılar ABŞ-ı İrana qarşı birbaşa cavab tədbirləri görməyə çağırıb.
Mənbələr bildirir ki, Bayden administrasiyası Suriya və İraqdakı İran silahlı qruplaşmalarına zərbələr endirməyi düşünür.