“Clinic Medical” cərimələndi

“Clinic Medical” cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Clinic Medical” MMC barəsində cərimə protokolu yazılıb.

Tribunainfo.az yazır ki, klinika İnzibati Xətalar Məcəllləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsinin tələbini pozub.
Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Bu gün keçiriləcək prosesdə klinikanın işinə baxılacaq. Nizami Rayon Məhkəməsində baxılacaq işin hakimi Nəriman Mehdiyevdir.

Klinikanın mövqeyini işıqlandırmağa hazırıq.

Nigar