ÇL: “Qarabağ”ın növbəti mərhələdəki rəqibi müəyyənləşib

ÇL: “Qarabağ”ın növbəti mərhələdəki rəqibi müəyyənləşib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi bəlli olub.

Tribunainfo.az xəbər verir ki, Azərbaycan çempionu “Şkendiya” (Şimali Makedoniya) klubu ilə qarşılaşacaq.

Şimali makedoniyalılar II təsnifat mərhələsindən FCSB-ni mübarizədən kənarlaşdırıblar. “Şkendiya” hər iki oyunda güclü rəqibini məğlub edərək, sürprizə imza atıb (1:0, 2:1).

“Qarabağ” “Şkendiya” ilk görüşü avqustun 5-6-da səfərdə keçirəcək, cavab matçı isə 12-də Bakıda olacaq.

Qeyd edək ki, II təsnifat mərhələsindən mübarizəyə qoşulan “Qarabağ” hər iki oyunda “Şelburn”dan güclü olub (3:0, 1:0).