“CİTYNET”DƏN YENİ FIRILDAQ…. İSTİFADƏÇİLƏRƏ BORC YAZIR – ŞİKAYƏT

“CİTYNET”DƏN YENİ FIRILDAQ…. İSTİFADƏÇİLƏRƏ BORC YAZIR – ŞİKAYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“CityNet” istifadə edilməyən internetə görə vətəndaşa borc yazıb.

Tribunainfo.az xəbər verir ki, bu problemlə teleaparıcı Arzu Umut üzləşib. O, internetini 2 ay öncə bağlatdırsa da, ona borc yazılıb:

“Şikayətim “CityNet”-dəndir. Deməli, iyun ayının 8-dən Azərbaycanda yaşamıram. Gəlmədən internet provayderini aradım, məlumat istədim. Deyildi ki, istifadə etməsəniz, 3 ay ərzində bağlanacaq avtomatik. Baxıram ki, bu gün borc yazılıb 18 manat. Qeyd edim ki, iyulda ödəniş tələb olunmayıb. Normalda bir gün gec ödəniş edilməsə internet vermirsiniz. Etmədiyiniz xidmət qarşlığında bu borcu niyə yazırsınız?”.