“City Pub”ın mühafizəçisi həbs edildi: Stolda oynayan müştərini döyübbackend

“City Pub”ın mühafizəçisi həbs edildi: Stolda oynayan müştərini döyüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Yasamal rayonu, A.Mirzəyev küçəsində yerləşən “City Pub” restoranında müştərini döyən mühafizəçiyə hökm oxunub.
Qayanrinfo-nun məlumatına görə, restoranın mühafizəçisi, 1993-cü il tarixdə Quba rayonunda anadan olmuş Xəyal Abdullayev (ad-soyad şərti) barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilib.
Xəyal Abdullayev “City Pub” restoranında müştərinin içkili halda stolun üzərinə çıxıb oynadığını gördüyü üçün döyüb. O, müştəriyə qarşı zor tətbiq edərək çölə çıxarıb. Hadisə yerinə polis gəlib və 15-20 dəqiqə söhbətdən sonra hər iki şəxs izahat vermələri üçün şöbəyə aparılıb.

Xəyal Abdullayev özünü təqsirli bilməyərək bildirib ki, gecə saatlarında işdə olarkən bir nəfərin içkili halda stolun üzərinə çıxıb oynadığını görüb. Ona yaxınlaşıb stoldan düşməsini tələb edib, lakin qarşı tərəf düşməyib və onun yaxasından yapışaraq itələyib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, 1 ay inzibati qaydada həbs edilib.