Çirkli şəhər havası insultları artırırbackend

Çirkli şəhər havası insultları artırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Havanın normadan artıq çirklənməsi insult hallarını artırır.
Medicina xəbər verir ki, Çinin Sun-Yatsen universitetinin alimləri şəhər havasının ilk insult və ürək-damar xəstəliklərindən ölümü artırdığını bildirib.
Elmi araşdırma göstərib ki, ekoloji mühiti və havanın təmizliyinin bərpası, havanı çirkləndirən faktorların azaldılması əhali üçün faydalıdır.
İnsult olan insanların çirkli havada yaşamağa davam etməsi təkrar insult və ya insultdan ölüm dərəcəsini artırır.
Tədqiqatda 318 min 56 yaşdan yuxarı insan iştirak edib.
Araşdırma başlayanda onların heç birində insult və ya ürək xəstəliyi yox idi.
Alimlər insanların yaşadığı ərazi, bölgə üzrə havanın və ətrafın ekoloji dəyərlərini ölçüb.
12 il ərzində bu insanlardan 6 minində insult olub. 1020 nəfər ölüb.
Məlum olub ki, daha çox təmiz hava ilə nəfəs alanlarda insult və ürək patologiyası olmayıb.
Xüsusən iri şəhərlərdə çirkli hava ilk insultun siqaretdən sonra ikinci səbəbidir.