CİNSİ ZORAKILIĞA QARŞI GEYİNİLƏN TEXNOLOGİYA-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın  Massaçusets Texnologiya İnstitutunun (MIT)  tədqiqatçısı  Manisa Mohan  hər geyimə yapışdırılan və istifadəçinin telefon aparatındakı tətbiqinə bağanaraq,  seksual hücumların qarşısını almağı hədəfləyən məhsul ixtira edib. 

ABŞ-ın  Massaçusets Texnologiya İnstitutunun (MIT)  tədqiqatçısı  Manisa Mohan  hər geyimə yapışdırılan və istifadəçinin telefon aparatındakı tətbiqinə bağanaraq,  seksual hücumların qarşısını almağı hədəfləyən məhsul ixtira edib.

TİA.AZ  “Sputnik Türkiyə”yə istinadən xəbər verir ki,  “Ağıllı etiket” olaraq bilinən və malik olduğu texnologiya sayəsində hər cür geyimə yapışdırılan məhsul, Bluetooth ilə istifadəçinin telefon aparatına tətbiq olunur.

 Məhsul, həm aktiv, həm də passiv olaraq, 2 ayrı vəziyyətdə istifadə edilir.

Cinsi zorakılığa məruz qalan insan kiçik bir düyməyə basaraq, cihazı aktiv vəziyyətə gətirərək, tətbiq etməyi başlayar.

 Cihaz passiv vəziyyətdə qaldıqda isə zorlama davranışlarını qəbul edən məhsul, istifadəçinin əvvəlcədən qeyd etdiyi 5 nəfəri təhlükədə olduğunu xəbər vermək üçün axtarır, ya da mesaj göndərir.

 İntrepid (İngiliscə gözüqara, cəsur) adlı layihə çərçivəsində ixtira edilən məhsulun uşaq istismarı, universitet şəhərciklərində baş verən zorakılıqlar, qoca və əlillərə edilən təcavüz hadisələrinin qarşısının alınacağı bildirilir.

 Firmadan verilən  açıqlamada, məhsulun dizaynında 338 iştirakçının, 67 könüllünün, real həyatda məhsulun keyfiyyətini yoxlamağa kömək edən 20 istifadəçinin və cinsi hücumlardan xilas olan insanların tövsiyələri əsasında aparıldığı qeyd olunub.

 Qeyd edək ki, ABŞ-da hər 98 saniyədə bir adama təcavüz edilir,  hər 16 saatda bir isə bir qadın indiki və ya köhnə partnyoru tərəfindən öldürülür.

İlahə