Çinlilər Primoryeyə kütləvi şəkildə axın etdi; 2023-cü ildə Çindən təxminən 130 min səyahətçi Rusiyanın bu bölgəsini ziyarət etdi. Tribunainfo.az xəbər verir ki, bu barədə “İnterfaks” yerli hökumətin mətbuat xidmətinə istinadən yazır.
“2023-cü ilin sonuna Çindən 129,5 min turist viza əsasında və hökumətlərarası saziş çərçivəsində Primorsk diyarına səfər edib”, – məlumatda deyilir.
Regionun turizm agentliyinin rəhbərinin müavini Kristina Kvintin sözlərinə görə, Primorye 2024-cü ildə təxminən 200 min xarici qonaq gözləyir. Onların əksəriyyəti pik turizm mövsümündə – iyun-sentyabr aylarında gələcək.
Dəniz Pənahova