Çinli fenomen canlı yayımda yemək yeməkdən öldü

Çinli fenomen canlı yayımda yemək yeməkdən öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Saatlarla yemək yediyi videoları ilə tanınan çinli fenomen Pan Ziatoing canlı yayımda dünyasını dəyişib.

Lent.az xəbər verir ki, canlı yayımlarında 10 saatdan çox yemək yeyərək məşhurlaşan çinli sosial şəbəkə fenomeni Pan Ziatoing dünyasını dəyişib.

Həkimlərin araşdırması zamanı məlum olub ki, 24 yaşında dünyasını dəyişən fenomenin mədəsi həzm olunmamış qida ilə dolu olub.

Videolarında 10 kiloqram yemək yeyən və sürətlə kökələn fenomen son canlı yayımda xəstələnərək xəstəxanaya aparılıb.

Meyitin yarılmasından sonra onun qarnında deformasiyalar olduğu, mədəsinin həzm olunmamış qida maddələri ilə dolu olduğu məlum olub.

Məlum olub ki, valideynlərinə və həkimlərə qulaq asmayan gənc qadın fenomen bundan əvvəl də çox yemək yediyi üçün bağırsaq qanaxması keçirib.