ÇİNİN XARİCİ İŞLƏR NAZİRİ RUSİYAYA GƏLƏCƏK

ÇİNİN XARİCİ İŞLƏR NAZİRİ RUSİYAYA GƏLƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin xarici işlər naziri Vanq Yi Rusiyaya 4 günlük səfər edəcək.

Tribunainfo.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, səfər çərçivəsində təhlükəsizlik məsələləri üzrə danışıqlar aparılacaq.

Qeyd olunub ki, Vanq Yi Rusiyaya strateji təhlükəsizlik üzrə Çin-Rusiya məsləhətləşmələrinin 18-ci raundu üçün gələcək.Səfər Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin dəvəti ilə sentyabrın 18-21-də baş tutacaq.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi məlumat vermişdi ki, Vanq Yi həmkarı Sergey Lavrovla görüşəcək və onlar “beynəlxalq arenada əməkdaşlığı gücləndirmək səylərinə diqqət yetirməyi” planlaşdırırlar. Ukraynada nizamlanma məsələləri, eləcə də Asiya-Sakit okean regionunda sabitliyin və təhlükəsizliyin təmin edilməsi yolları ilə bağlı hərtərəfli fikir mübadiləsi aparılacaq.