Çinin xarici işlər naziri Azərbaycana gələcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Çindəki fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı bu ölkənin xarici işlər naziri Vanq Yi ilə görüşüb.

 

Azərbaycanın Çindəki fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı bu ölkənin xarici işlər naziri Vanq Yi ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Ə.Zeynallı xarici işlər naziri Elmar Məmmədyarovun salamlarını və ən xoş arzularını Çinin xarici işlər naziri Vanq Yiyə çatdırıb.

Ə.Zeynallı Azərbaycanın Çinlə münasibətlərin inkişafına xüsusi əhəmiyyət verdiyini və bu istiqamətdə əməkdaşlığın daha da inkişaf etdirilməsində əzmli olduğunu bildirib. Həmçinin səfir Azərbaycanın Çinin “Bir Qurşaq, bir Yol” təşəbbüsünü dəstəklədiyini və bu çərçivədə rəsmi Pekinlə sıx əməkdaşlığa hazır olduğunu vurğulayıb. Ə.Zeynallı əlavə edib ki, yeni səfir kimi, iki ölkə arasında ənənəvi dostluq və tərəfdaşlığın inkişafı naminə səylərini əsirgəməyəcək.

Çinin xarici işlər naziri Vanq Yi səfir Ə.Zeynallını yeni təyinatı münasibətilə təbrik edərək onun da salamlarının və ən xoş arzularının həmkarı Elmar Məmmədyarova çatdırılmasını xahiş edib. Nazir Azərbaycana rəsmi səfərə dəvət olunduğunu xatırladaraq bu səfəri həyata keçirmək arzusunda olduğunu ifadə edib.

O, Çinin Azərbaycanla əlaqələrə xüsusi əhəmiyyət verdiyini və Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə səfərinin iki ölkə arasında əlaqələrin inkişafına güclü təkan verdiyini qeyd edib.

Nazir Prezident İlham Əliyevin Çin xalqının və dövlətinin böyük dostu olduğunu və onun Çinlə əlaqələrin inkişaf etdirilməsi siyasətini yüksək qiymətləndirdiyini diqqətə çatdırıb. Vanq Yi Azərbaycanın “Bir Qurşaq, bir yol” layihəsinə dəstəyini təqdir edib və Çinin bu əsnada Azərbaycanla əməkdaşlığa hazır olduğunu ifadə edib.

Çinin XİN başçısı Azərbaycan səfirinə gələcək fəaliyyətində uğurlar arzulayıb.