Çinin elektromobil istehsalçısı Rusiyada avtomobillərinin satışını qadağan edib

Çinin elektromobil istehsalçısı Rusiyada avtomobillərinin satışını qadağan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin avtomobil istehsalçısı “Zeekr” Rusiya şirkətləri ilə əməkdaşlıq edən çinli avtomobil dilerlərinə iyunun 30-dan sonra bu markalı premium elektrik avtomobillərinin Rusiyaya satışını qadağan edib.

Bu barədə  yeni avtomobillərin auksionunun təsisçisi Sergey Piqolkin mediaya məlumat verib.

Onun sözlərinə görə, “Zeekr” tərəfdaşlarına qadağanın səbəblərini izah etməyib və onun pozulacağı təqdirdə tətbiq olunacaq cərimələrdən danışmayıb:

“İndi, əlbəttə ki, pulu olan dilerlər ehtiyat yığacaq. Bəlkə də bu, satışı artırmaq üçün lazımdır. Bu, artıq çinlilərdə müşahidə olunub”.

O, keçən ilki vəziyyəti misal kimi göstərib və o zaman yenilənmiş Voyah Free-nin buraxılmasından sonra istehsalçı şirkət öz maşınlarının Rusiya Federasiyasına tədarükünü qadağan edib.

Bildirilir ki, 2023-cü ildə Çin istehsalı olan avtomobillərin payı Rusiyada satılan yeni avtomobillərin ümumi sayının təxminən 50%-ni təşkil edib.

Populyarlıq baxımından ikinci yerdə (təxminən üçdə biri) AvtoVAZ məhsulları təşkil edib.

Eyni zamanda, dekabrda satılan avtomobillərin ümumi sayında Çin avtomobillərinin payı 60%-i (119,45 min avtomobil) keçib və ən populyar 10-luğa səkkiz Çin brendi daxil olub.

Məlumata görə, AvtoVAZ-ın payı 28,5%-ə qədər azalıb.

Ümumilikdə, Çin 2023-cü ildə Rusiyaya təxminən 800 min avtomobil tədarük edib ki, bu da 2022-ci illə müqayisədə beş dəfə çoxdur.