ÇİNİN 37 HƏRBİ TƏYYARƏSİ TAYVAN HAVA MƏKANINA DAXİL OLUBbackend

ÇİNİN 37 HƏRBİ TƏYYARƏSİ TAYVAN HAVA MƏKANINA DAXİL OLUB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

37 Çin hərbi təyyarəsi Tayvanın hava hücumundan müdafiə zonasına daxil olub.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, Tayvanda hava hücumundan müdafiə sistemləri işə salınıb.

Tayvan Müdafiə Nazirliyindən verilən açıqlamada Çinə məxsus Shenyang J-11, Shenyang J-16 döyüş təyyarələri və Xian H-6 bombardmançı təyyarələri də daxil olmaqla 37 döyüş təyyarəsinin ölkənin Hava Hücumundan Müdafiə Tanıma Bölgəsinə daxil olduğu bildirilib.

Açıqlamada, Çin təyyarələrinin bəzilərinin Tayvanın cənub-şərqinə uçduğu, daha sonra hava müşahidəsi və dəniz təlimi üçün Sakit okeanın qərbinə doğru hərəkət etdiyi bildirilib.

Tayvanın vəziyyəti izləmək üçün gəmi və təyyarələrini bölgəyə göndərdiyi və hava hücumundan müdafiə sistemlərini işə saldığı bildirilib.

Qeyd edək ki, Çin Müdafiə Nazirliyi hələlik mövzu ilə bağlı açıqlama verməyib.