Çingiz Qənizadə: “Nəyə görə yağın bir kq-ı 12 manatdan 18 manata qalxıb?”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mən İqtisadiyyat Nazirliyinə, digər qurumlara müraciət edirəm, qiymətlərə nəzarət olunsun!”
 

“Mən vaxtaşırı seçicilərimlə görüşürəm. Onları narahat edən məsələləri diqqətinizə çatdırıram: banklardakı problemlə bağlı narahatlıq var, fazi dərəcələri aşağı salınmalıdır. Niyə ölkəmizdə istehsal olunan malların qiyməti xaricdən gətirilən mallardan bahadır?”

Deputat Çingiz Qənizadə bu fikirləri Milli Məclisdəki çıxışı zamanı bildirdi. O, ərzaq bazarındakı bahalaşmanın absurd olduğunu vurğuladı: “8 aydır manatın dəyəri xarici valyutaya nisbətən 4 faiz möhkəmlənib. Nəyə görə yağın bir kq-ı 12 manatdan 18 manata qalxıb? Kimsə pul qazanmaq istəyirsə, halal yolla qazansın, əhalidə narazılıq yaratmasınş! Eyni zamanda ətin qiyməti qalxıb. Mən İqtisadiyyat Nazirliyinə, digər qurumlara müraciət edirəm, qiymətlərə nəzarət olunsun!”

Spiker Oqtay Əsədov deputatın çıxışına “Çingiz, müəllim, qiyməti qaldıran sahibkarlar başqa ölkədən gəlmiş kəşfiyyatçılar deyil ki, onlar da bizim vətəndaşlardır” deyə, maraqlı reaksiya verdi.