“Çingiz Abdullayevin nə dediyini bilmirəm, xəbərim yoxdur” – ANARbackend

“Çingiz Abdullayevin nə dediyini bilmirəm, xəbərim yoxdur” – ANAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Çingiz Abdullayevin qurultaydan sonra jurnalistlərə nə dediyini bilmirəm, xəbərim yoxdur”

Bunu  açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayev deyib.

“Kim nə deyib, nə danışıb, xəbərim yoxdur. Məncə, Çingiz Abdullayevin özünə zəng edib, nə danışdığını soruşun, ondan münasibət alın. Mənim xəbərim yoxdur, bilmirəm”, – AYB sədri ötən gün qurultaydan sonra baş vermiş xoşagəlməz hadisə ilə bağlı suala cavabında deyib.

Qeyd edək ki, ötən gün Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Çingiz Abdullayev ona AYB-nin XIII qurultayı üçün ayırılan 203 min manatın hara xərclənməsi barədə sual ünvanlayan jurnalisti təhqir edib. Xalq yazıçısı jurnalistə “Utanmırsan, ölmürsən, bu sualı mənə verirsən”, – deyə kobud cavab verib. Çingiz Abdullayevin jurnalistlərə sərt münasibəti media nümayəndələrinin etirazına səbəb olub.

Onu da xatırladaq ki, dünən AYB-nin qurultayı keçirilib. Yazıçı Anar növbəti dəfə Yazıçılar Birliyinin sədri seçilib.