“ÇİNGİZ ABDULLAYEVİ O FORUMA ANAR ÖZÜ QƏSDƏN GÖNDƏRMİŞDİ”

“ÇİNGİZ ABDULLAYEVİ O FORUMA ANAR ÖZÜ QƏSDƏN GÖNDƏRMİŞDİ”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çingiz Abdullayev Anardan sonra AYB sədrliyinə namizəd kimi adı ən çox hallanan adamdır. Anar xəstəliyini bəhanə gətirərək onu “Azərbaycan dili və ədəbiyyatı forumu”na qəsdən öz nümayəndəsi kimi göndərdi.

Tribunainfo.az xəbər verir ki, bu sözləri yazar Şərif Ağayar yazıb. O bildirib ki, Rəşad Məcid, Elçin Hüseynbəyli, İlqar Fəhmi, Səlim Babullaoğlu kimi Azərbaycan dilində səlist yazan və danışan katibləri qoyub, bu dillə bağlı foruma bu dildə bir cümlə də yazıb-danışa bilməyən adamı göndərməkdə məqsəd var idi:

“Əlbəttə, biabır etmək! Və nail oldu! Çingiz müəllim, sizin də bir az taktikanız olsun da. Heç kim demir, Azərbaycanca yanıltmac deyin, sadəcə bu dillə bağlı foruma qatılmayın”.