Çingiz Abdullayev: “Ramiz Mehdiyevlə bağlı kitab yaza bilərəm”

Çingiz Abdullayev: “Ramiz Mehdiyevlə bağlı kitab yaza bilərəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan ədəbiyyatında müasir detektiv janrının ən tanınmış simalarından olan Xalq yazıçısı Çingiz Abdullayev yaradıcılığında müxtəlif tarixi, siyasi və diplomatik dövrlərə aid konfidensial məlumatlara söykənərək əsərlər qələmə alır. O, çox vaxt ictimaiyyətə bəlli olmayan, lakin öz dövrünün siyasi mənzərəsinin formalaşmasında mühüm əhəmiyyət kəsb edən gizli faktlar üzərində süjetlər qurur.

Elə buna görə də bir çox oxucular Ramiz Mehdiyev məsələsinin də pərdəarxasını Çingiz Abdullayevin özünəməxsus üslubunda işıqlandıracağını gözləyirlər. Modern.az məsələ ilə bağlı Çingiz Abdullayevin özü ilə əlaqə saxlayıb.

 

O, baş verən hadisələri izlədiyini vurğulayıb.

 

“Bu haqda kitab yazıb-yazmamaq haqqında fikirləşməmişəm. Amma yaza bilərəm. Niyə də olmasın?” – deyə Xalq yazıçısı açıqlamasında bildirib.