Çingiz Abdullayev 203 min manatın nəyə xərcləndiyini açıqladı-VİDEObackend

Çingiz Abdullayev 203 min manatın nəyə xərcləndiyini açıqladı-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayev Azərbaycan Yazıçılar Birliyinin XIII Qurultayının keçirilməsi üçün büdcədən ayrılmış 203 min manat vəsaitin nəyə xərcləndiyini açıqlayıb.

Tribunainfo.az xəbər verir ki, Xalq yazıçısı bu barədə jurnalist Həmid Həmidova müsahibəsində bildirib.
Ç. Abdullayev qeyd edib ki, ayrılan vəsaitin bir hissəsi xaricdən gələn qonaqların ölkəyə gətirilməsinə xərclənib:
“Birincisi, qonaqlara bilet almaq lazım idi. Təyyarə biletləri çox bahalaşıb. İkincisi, onların mehmanxanada qalması üçün ödəniş etmişdik. Sonra tədbirin keçirildiyi zalın kirayə pulu var idi. Düzü onlar əvvəl pulsuz təklif etmişdilər, amma biz ödənişi etdik. Teatrın bütün bir gün üçün icarə pulunu ödədik. Qonaqlarımızı bu günlər ərzində yeməklə təmin etdik, banket verdik. Qonaqların arasında çox hörmətli insanlar var idi, Türkiyənin və Rusiyanın keçmiş incəsənət nazirləri. Biz yalnız fasilələrdə kofe verilməsinə 9 min manat ödədik. Çoxu deyirdi ki, “kofe-breyk” adambaşına düşən məbləğ 10 manatdır. Amma bu belə deyil”.
Xalq yazıçısı həmçinin bildirib ki, onlar tədbir üçün vəsait ayrılmasını istəyəndə, Prezident Administrasiyası onlardan smeta tələb etdi və bir ay ərzində o smetanın hər bir manatını yoxlayıb, qısaltdı:
“500 nəfərə girişdə üzərində Birliyin loqosu olan qələm və bloknot verildi. Bunlar hamısı pul tələb edir. Biz əslində deyilən 203 mindən daha çox pul xərclədik. Məbləği sizə deyə bilmərəm, çünki biz pulu fərqli yerlərdən əldə etmişdik”.