İsrail və HƏMAS arasındakı müharibə bütün xaosu ilə davam edərkən, Çin kilometrlərlə uzaqda, bölgəyə xəbərdarlıqlar etdi. Pekin administrasiyası sözün əsl mənasında region ölkələrinə çağırış edib.
Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, Çin hökuməti Qəzzada iki həftədir davam edən müharibənin narahatlıq doğurduğunu və hadisələrin bu şəkildə davam edəcəyi təqdirdə genişmiqyaslı qarşıdurma riskinin artacağını bəyan edib.
Çin Qəzzada vəziyyəti “çox ciddi” görür və genişmiqyaslı quru münaqişəsinin şiddətlənəcəyini və silahlı münaqişələrin qonşu sərhədlərə yayılacağını proqnozlaşdırır.
Britaniya mətbuatında oxşar xəbərlər arasında Yaxın Şərqə səfər edən Çin səfiri Zhai Jun-un açıqlamaları da yer alıb. Jun bildirib ki, Çin dialoqu təşviq etmək, atəşkəs yaratmaq və sülhü bərpa etmək, həmçinin iki dövlətli həll və münaqişənin ədalətli və davamlı həlli üçün “mümkün olan hər şeyi” etməyə hazırdır.