ÇİNDƏN SAXTA DƏRMAN AYAQ AÇIB – DİQQƏTLİ OLUN

ÇİNDƏN SAXTA DƏRMAN AYAQ AÇIB – DİQQƏTLİ OLUN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çindən başlayaraq Türkiyəyə qədər uzanan beynəlxalq saxta narkotik dəstəsi yaxalanıb.

Tribunainfo.az CNN-ə istinadən xəbər verir ki, İstanbul Maliyyə Cinayətləri Mübarizə Şöbəsi qrupları Esenyurt və Beylikdüzündə əməliyyat keçirib. İki əcnəbi əczaçı saxlanılıb.

İstanbul Polis İdarəsi Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsi qrupları 15 ünvanda əməliyyat keçirərək, bu gün saxta xərçəng dərmanı, saxta botoks, qan durulaşdırıcı kimi dərmanların istehsal edildiyini müəyyən edib.

Əməliyyatda saxlanılan şübhəlilərdən birinin İstanbulda aptekinin olduğu və onun bazardakı real dərmanların barkodlarını aynalama üsulu ilə kopyalayaraq dərman izləmə sistemi tərəfindən tutulmadan satdığı öyrənilib.