backend

Çindən ABŞ-a müharibə çağırışı: “İntiqam alınacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin rəsmi media orqanı olan “Global Times” qəzetində Donald Tramp administrasiyasında dövlət katibi olan Reks Tillersonun “Çinin Cənubi Çin Dənizindəki adalara müdaxiləsinin qarşısını almalıyıq” açıqlamasına cavab verilib. Çinin rəsmi media orqanı olan “Global Times” qəzetində Donald Tramp administrasiyasında dövlət katibi olan Reks Tillersonun “Çinin Cənubi Çin Dənizindəki adalara müdaxiləsinin qarşısını almalıyıq” açıqlamasına cavab verilib.

TİA.AZ  xəbər verir ki, qəzet müharibəyə hazırlıq çağırışı edib.

“Tramp və komandası belə bir təşəbbüsə əl atsalar, müharibəyə hazır olmalıdırlar”, – deyə qəzet yazıb.

Bundan öncə qəzet Trampın “Tək Çin” siyasətinə qarşı çıxmasını tənqid etmişdi.

“Tramp prezident postunda əyləşəndən sonra “Tək Çin Siyasəti”ni rədd edərsə, Çin xalqı rəsmi Pekinə intiqam almaq tələbi irəli sürəcək”, – deyə “Global Times” yazmışdı.