Çində universitetə qəbul olunan ilk robot – artıq magistrantdır (FOTO)

Çində universitetə qəbul olunan ilk robot – artıq magistrantdır (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Proqramı bitirdikdən sonra onun da digər tələbələr kimi dissertasiya yazacağı gözlənilir.

Tribunainfo.az xəbər verir ki, Çində dramaturgiya və kinoşünaslıq üzrə magistr proqramına qəbul edilən ilk robot sosial şəbəkələrdə fenomenə çevrilib .

Çində ali təhsil tarixində ilk dəfə aparıcı universitetlərdən birinin magistr proqramına insanabənzər robot qəbul edilib. Bu barədə South China Morning Post (SCMP) xəbər verir.

“Xueba” (çincədən tərcümədə “əlaçı”) adlanan humanoid robot Şanxay Teatr Akademiyasında dörd il ərzində teatr, kino və Çin operasını öyrənəcək. Təhsili başa vurduqdan sonra isə digər magistrantlar kimi dissertasiya işi yazacaq.

Robotun xarici görünüşü də onu tələbə yoldaşlarından çox da fərqləndirmir: boyu 175 sm, çəkisi 30 kq-dır. Xueba insanlarla fiziki təmas qura bilir, emosiyalarını ifadə edir, həm sözlə, həm də mimika ilə – bu isə xüsusi silikon örtüklü üz sayəsində mümkündür.

Xueba 01 özünü “süni intellektli artist” adlandırır. Zarafatla əlavə edib ki, əgər ali təhsil ala bilməsə, sadəcə sıfırlanaraq muzeyə bağışlana bilər – bu halda heç olmasa “sənət tarixinin bir hissəsinə” çevrilər.

Bu hadisə sosial şəbəkələrdə geniş müzakirələr doğurub. Bəzi istifadəçilər heyranlıqlarını ifadə edərək hesab edirlər ki, Xueba 01 insan və robot münasibətləri baxımından əhəmiyyətli bir missiyanı yerinə yetirir. Digərləri isə layihəyə skeptik yanaşır. Onlardan biri belə yazıb:

“Sənətə həyat təcrübəsi lazımdır, alqoritmlə işləyən bir robot bunu həqiqətən ifadə edə bilməz.”

Başqa bir istifadəçi isə bildirib:

“Çində bəzi magistrantlar hələ də ayda 3000 yuandan (420 ABŞ dolları) az maaş alır. Bu robot tələbələr üçün nəzərdə tutulmuş resursları çox almır ki?”

İmran Kərimli