Çində sosialist dövlətinin qurulması prosesi 2035-ci ildə yekunlaşacaq

Çində sosialist dövlətinin qurulması prosesi 2035-ci ildə yekunlaşacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin 2035-ci ilə qədər yüksək səviyyəli sosialist bazar iqtisadiyyatının qurulmasını başa çatdıracaq.

Tribunainfo.az  “Sinxua” Agentliyinə istinadən xəbər verir ki, bu barədə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin (ÇKP MK) Siyasi Bürosunun Pekində keçirilən iclasında bildirilib.

Məlumata görə, dövlət idarəçiliyinin sistemi və imkanları “əsasən 2035-ci ilə qədər modernləşdiriləcək və sosialist modernləşməsinə böyük ölçüdə nail olunacaq”.

İclasda islahatlar aparılarkən riayət edilməli olan prinsiplər müəyyən edilib. “Partiyanın ümumi rəhbərliyinin saxlanmasının və partiyanın Mərkəzi Komitəsinin və onun mərkəzləşdirilmiş və vahid rəhbərliyinin nüfuzunun qorunub saxlanmasının vacibliyi” xüsusilə vurğulanıb.