Çinin İnçuan şəhərində restoranda baş verən partlayış nəticəsində 31 nəfər ölüb.
Tribunainfo.az Hürriyet-ə istinadən xəbər verir ki, Çinin Ningxia Hui Muxtar Bölgəsinin mərkəzi olan Yinçuan şəhərində restoranda şiddətli Partlayış baş verib.
Partlayışda aralarında orta məktəb şagirdlərinin də olduğu 31 nəfər həyatını itirib. Xəsarət alan 7 nəfərdən birinin vəziyyətinin ağır olduğu bildirilir.
İlk təsbitlərə görə, partlayışa səbəbin qaz sızması olduğu açıqlanıb. Bildirilib ki, restoran işçiləri hadisədən təxminən bir saat əvvəl sınmış klapandan sızan qazın iyini hiss ediblər və klapan dəyişdirilərkən partlayış baş verib. Hadisə ilə bağlı restoran sahibi də daxil olmaqla 9 nəfər saxlanılıb.
Çin prezidenti Si Cinpin 31 nəfərin ölümü ilə nəticələnən partlayışdan sonra yaralıların müalicəsi üçün səfərbərlik əmri verib.