Çində brilyant ayaqqabılar nümayiş etdirilib

Çində brilyant ayaqqabılar nümayiş etdirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin Şanxay şəhərində sərgi zamanı tamamilə brilyantlarla örtülmüş ayaqqabılar nümayiş etdirilib.

TİA.AZ-ın məlumatına görə, ayaqqabıların dəyəri 4,3 milyon dollar həcmində ölçülür.

Qeyd olunur ki, ayaqqabılar 10 min çəhrayı rəngli brilyantlarla örtülüb.

Həmin ayaqqabıların brilyantlarla bəzədilməsi ümumilikdə 360 saatı əhatə edib.